Vəli Əhmədin kitabı təqdim olunub

Vəli Əhmədin kitabı təqdim olunubDekabrın 20-də Muğam Teatrında şair Vəli Əhmədin ”Mən öz ürəyimi şeirə verdim” adlı kitabının təqdimatı olub. Mərasim şairin 70 illik yubileyinə həsr olunub.
Kitabın ön sözünün müəllifi millət vəkili Qənirə Paşayevadır. Onun sözlərinə görə, Vəli Əhməd Tovuzda anadan olsa da, onun əsərləri Tovuzun sərhədlərini aşaraq tanına bilib.
Kitabın redaktoru Əkbər Qoşalı deyib ki, V. Əhmədin şeirlərində Azərbaycan və türk xalqlarının yaşadığı kədərli və sevincli anları əksini tapıb.
Qeyd edək ki, şair 2009-cu il, avqustun 11-də dünyasını dəyişib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO