Vladivostokda iki jurnalist döyülüb

Jurnalistlərin adları çəkilmir, yalnız bildirilir ki, onlar müxtəlif vaxtda və şəhərin müxtəlif yerlərində hücuma məruz qalıblar. Dörd naməlum şəxs PrimaMedia agentliyinin əməkdaşını yaşadığı evin yaxınlığında döyüb və hazırda o, kəllə-beyin travması ilə xəstəxanadadır. İkinci jurnalist isə redaksiyanın yaxınlığında hücuma məruz qalıb. Bununla belə, PrimaMedia agentliyi hər iki jurnalistin «Ejednevnıe novosti» qəzetində çalışdığını bildirir. Agentliyin yerdə qalan məlumatları «İnterfaks»ın məlumatları ilə üst-üstə düşür.

Mənbə: lenta.ru

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO