“Vesti.az ” İnformasiya Agentliyinin yaranmasından 5 il ötür

“APA Holding”in tərkibind fəaliyyət göstərən rusdilli “Vesti.az” İnformasiya Agentliyinin yaranmasından 5 il ötür.
SalamNews xəbər verir ki, Vesti.az ilk gündən geniş oxucu auditoriyasının diqqətini cəlb edib. Eksklüziv materiallar, reportaj və müsahibələr “Vesti.az”ın populyar internet resurslardan birinə çevrilməsinə səbəb olub. Vesti.az təkcə Azərbaycanda deyil, dünyada, xüsusilə Müstəqil Dövlətlər Birliyi məkanında tanınan, ən çox istinad edilən resurslardan biridir. Agentlik Dağlıq Qarabağ münaqişəsi ilə reallığın dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır. Hər gün onminlərlə oxucunun ziyarət etdiyi Vesti.az dünyanın tanınmış analitikləri, politoloqları ilə yanaşı, Azərbaycan diasporu ilə də fəal əməkdaşlıq edir. Agentliyin baş direktoru tanınmış jurnalist Araz Zeynalovdur.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO