Vahid Musatafayev: “Digər kanalların da hüquqları pozulmamalıdır “

“Hələlik belə bir hüquq yalnız İTV-yə verilə bilər”. Milli Məclisin mədəniyyət komitəsinin sədri Nizami Cəfərovun bildirdiyinə görə, xarici serialların İTV-də nümayişi bu kanalın fəaliyyətini tənzimləyən qanunda əvvəlcədən nəzərdə tutulur.

Modern.az xəbər verir ki, ANS Şirkətlər qrupunun prezidenti Vahid Mustafayev bu mövzuya münasibətini bildirib:

“Əvvəlcə onu deyim ki, Nizami müəllim haqlıdır. Doğrudan da İTV-nin bu hüququ qanunda nəzərdə tutulur. Amma mən bilən ANS də daxil olmaqla digər televizayaların fəaliyyətini tənzimləyən “Televiziya və radio yayımı” haqqnda qanunda bizim eyni hüququmuzu nəzərdə tutan müddəa da ləğv olunmayıb. Mən Milli Televiziya və radio yayım Şurasının sədri Nüşirəvan Məhərrəmlinin mövqeyini birmənalı şəkildə dəstəkləyirəm. O çox düzgün olaraq vurğulayır ki, telekanallar arasında hüquqi bərabərlik olmalıdır. Amma bu fikrə bir əlavə də edərdim: telekanallar arasında iqtisadi bərabərlik də olmalıdır. Çünki biz əcnəbi serialların yayımını ona görə dayandırmışıq ki, Azərbaycan prezidenti milli kinosənayemizi dirçəltmək və inkişaf etdirmək məqsədilə vəsait ayırıb və biz film və seriallarımızı çəkməklə onların yerini öz məhsullarımızla doldurmaqla məşğuluq. Əks təqdirdə, mümkün istisna digər kanalları əlverişsiz vəziyyətdə qoymuş olacaq”.

Vahid Mustafayev qeyd edib ki, belə olan halda söhbət hətta rəqabətdən də yox, başqa kanallar qarşısında nəhəng üstünlük əldə edilməsindən gedir. “Əlbəttə, mən İTV-nin cəmiyyətin həyatındakı rolunu yaxşı başa düşürəm, amma digər kanalların da hüquqları pozulmamalıdır”, – deyə Vahid Mustafayev bildirib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO