Məlum olduğu kimi İslam Partiyası “Unikal” qəzetində Salman Rüştinin “Şeytan ayələri” əsərinin dərc edilməsinə etiraz əlaməti olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə müraciət edib.
Müraciətdə bildirilir ki İslam dininin əleyhinə yönəlmiş bir əsərin dərci Azərbaycandakı müsəlmanlara qarşı təhqirdir. İslam Partiyası həmin yazıların dərcinin dayandırılmasını tələb edir.
“Unikal” qəzetinin baş redaktoru Eldəniz Elgün bizimlə söhbətində İslam Partiyasının belə bir müraciətindən xəbərsiz olduğunu bildirdi: “İstər İslam Partiyası olsun istərsə də digər siyasi qurumların mövqeyi mənim üçün əsassız və mənasızdır. Ən əsası ona görə ki İslam Partiyas ı Azərbaycanın siyasi tarixində ləkəli partiya kimi qalıb. İrana işləyən bir partiyanın “Unikal” qəzetilə bağlı müraciətinə əhəmiyyət vermirəm. Yaxşı olardı ki İslam Partiyası özünün idealoji xəttini formalaşdırsın”.
E.Elgün qeyd etdi ki “Şeytan ayələri”ni dərc etməklə Salman Rüştünün İslam haqqında fikirlərini oxuculara çatdırmaq istəyirlər. Hər bir insan bilsin ki Salman Rüştü kimdir.
Çox az adam bilir ki o nə yazıb. Amma hamı Salman Rüştüdən danışır. Bir adamın əsəri ilə tanış olmadan onun nə yazdığını necə bilmək olar?”. Eldəniz Elgün Salman Rüştünü kafir kimi təqdim etdiklərini də bildirdi.
Yazının dərcinin dayandırılmasına gəldikdə isə baş redaktor bildirdi ki hər halda bu İslam Partiyasının müraciəti əsasında olmayacaq: “Bizim üçün önəmlisi dövlətin və oxucuların mövqeyidir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsilə danışıqlar aparılacaq və sonda qərar qəbul olunacaq”.