“Ulduz “un yeni sayı

"Ulduz"un yeni sayı“Ulduz” ədəbi-bədii jurnalın növbəti sayı çapdan çıxıb. Toplunun ilk səhifələrində Rüstəm Kamalın tanınmış yazıçı Kamal Abdullanın 60 illik yubileyi münasibətilə yazdığı “X.L.Borxes və Kamal Abdulla: Kitabxana və əlyazma” başlıqlı məqaləsi yer alıb. “Poeziya” guşəsinə Barat Vüsalın, Rəsmiyyə Sabirin, Avdı Qoşqarın, Xasay Mehdizadənin, Mina Rəşidin, Mir Sədi Mirlərin, Aysel Fikrətin, Şakir Albalıyevin, Oqtay Rzanın, Günel Şamilqızının, Nizami Muradoğlunun, Qədiməli Əhmədin, Rahil Məmmədin, Güləmail Muradın şeirləri və Sərvaz Hüseynoğlunun “Sel” adlı lirik poeması daxil edilib. Toplunun “Nəsr” bölməsində Günel Rüstəmlinin qələmə aldığı esselər, Bayram İsgəndərlinin “102-ci qəbir”, Təranə Şərqinin “Gizli qapılar”, Səfər Kəlbixanlının “Xoşqədəm nənənin ölümü”, Vaqif İsaqoğlunun “Borc”, “Qəbristanlıqda” hekayələri öz əksini tapıb. Buludxan Xəlilovun “Millətin dili onun ruhudur” başlıqlı məqaləsində dilin insan həyatındakı müstəsna rolundan bəhs olunub. Fərqanə Mehdiyeva “Bir buludam”dan damlalar” yazısında şairə Aysel Fikrətin şeirlər toplusu haqqında təəssüratlarını bölüşüb. Seyran Kazımoğlu “Duyulan şair” yazısında Oqtay Rzanın yaradıcılığına diqqət yetirib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO