Uşaq televiziyasını uşaqlar idarə edəcək

“Televiziyalarda getdikcə uşaq verilişlərinin sayının azalması və keyfiyyətinin aşağı düşməsini ciddi problemdir”. Bu sözləri Modern.az saytın açıqlamasında “NUR” Uşaq və Gənclər İctimai Birliyinin sədr müavini Fidan Kərimli deyib.

O, qeyd edib ki, yerli istehsalın az olması və uşaqların daha çox xarici uşaq filmləri və cizgi filmlərinə baxması onlarda aqressiya yaradır.
“Əvvəl heç belə hallarla qarşılaşmırdıq. Çünki indi uşaqların baxdığı yalnız cizgi filmləridir. Əlavə hər hansı onlara informativ məlumatlar verəcək verilişlər yoxdur. Nəticədə onlarda aqressiya yaranır. Məsələn, uşaq nəyəsə hirsli olanda deyir ki, onu öldürmək istəyirəm. Səbəbini və haradan öyrəndiyini soruşanda, deyir ki, “Ben Ten”ə baxmışam”. Yəni əcnəbi cizgi filmlərin onlara mənfi təsir göstərir”.

F. Kərimli uşaq televiziyasının yaradılması ilə bağlı layihələrinin olduğunu, lakin hələ həyata keçirə bilmədiklərini vurğulayıb.
“Hazırda bu, layihə prosesindədir, biz onun reallaşdırılması üçün maliyyə axtarırıq. Ümumiyyətlə gələcəkdə planımız var ki, efir televiziyası olmasa belə, internet uşaq televiziyası yaradaq. Layihə reallaşmadığı üçün o haqda geniş məlumat verə bilmərəm. Sadəcə onu deyə bilərəm ki, onlayn formatda yaradılacaq uşaq televiziyasını uşaqlar idarə edəcək”, – deyə təşkilatın sədr müavini əlavə edib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO