Türkiyənin Mətbuat Yayımı və İnformasiya Baş Katibliyi Parlament Jurnalistlər Birliyinə (PJB) “Anadolu mətbuatının yeni siması – yerli mətbuatda səhifə tərtibatı” adlı CD və kitabçalar göndərib.
Bu barədə məlumat verən PJB sədri Elşad Eyvazlı bildirib ki, CD və kitabçaları onlara Türkiyənin Azərbaycandakı səfirliyinin mətbaut xidməti təqdim edib.
Qeyd edək ki, PJB Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun dəstəyi ilə “Qəzetlərin tərtibatında Türkiyə təcrübəsinin tətbiqi” adlı layihə həyata keçirir.
Layihə çərçivəsində Türkiyənin Mətbuat Yayımı və İnformasiya Baş Katibliyinın PJB-yə göndərdiyi CD və kiatabçalar da jurnalistlərə paylanacaq.
Modern.az