Türkiyəli jurnalistlər Gəncədə olublar

Türkiyə telekanallarında çalışan bir qrup jurnalist Gəncəyə səfər edib.

SalamNews-un məlumatına görə, əsasən dünyanın bir çox yerlərinə səyahət edərək proqram hazırlayan türkiyəli jurnalistlərin növbəti səfəri Gəncə şəhərinə olub. Onlar yenicə təmirdən çıxmış Cavad xan küçəsində, eləcə də bir çox tarixi yerlərdə çəkilişlər aparıb, yerli sakinlərlə ünsiyyət qurublar.

Jurnalistlərin verdiyi məlumata əsasən, hazırlanan materiallar Türkiyənin “Kanal-A” televiziyasında nümayiş etdiriləcək.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO