Yaxın vaxtlarda İzmirdəki Azərbaycan Mədəniyyət Mərkəzi “Türkiyədə yaşayan Azərbaycan türkləri” adlı kitab nəşr edəcək .
SalamNews xəbər verir ki, bu barədə Azərbaycan Atatürk Mərkəzində keçirdiyi mətbuat konfransında İzmirdəki Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Cemal Mehmetoğlu məlumat verib.
Kitabda Azərbaycan türklərinin tarixi, yaşayış coğrafiyası, mədəniyyəti, adət-ənənələri yer alacaq. Cemal Mehmetoğlunun sözlərinə görə, kitabın dərcinə Azərbaycan səfirliyi də yaxından dəstək göstərir.