Türkiyədə Azərbaycan mədəniyyəti gecəsi

Türkiyədə Azərbaycan mədəniyyəti gecəsiTürkiyənin Əskişəhir Osmanqazi Universitetinin türk dili və ədəbiyyatı kafedrasının təşkilatçılığı ilə bu ali təhsil ocağında Azərbaycan mədəniyyəti gecəsi reallaşıb.
Universitetin tələbə və müəllimləri, o cümlədən burada təhsil alan azərbaycanlıların iştirak etdikləri gecədə professor Tamilla Əliyevanın “Azərbaycan-Türkiyə əlaqələri” mövzusunda məruzəsi dinlənilib.
Universitetin I kurs tələbəsi Leyla Həsənova Azərbaycanın tarixi, mədəniyyət abidələri və müasir həyatı barədə fotoslayd vasitəsilə geniş məlumat verib, tələbələrin ifasında xalq mahnılarımız səslənib.
Tədbirin sonunda Ədəbiyyat fakültəsinin dekanı Xəlil Buttanrı universitet rəhbərliyi adından qardaş Azərbaycan xalqının zəngin mədəniyyətinin təbliğinə xidmət edən bu tədbirin iştirakçılarına minnətdarlığını dilə gətirib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO