Türkiyә sәfiri 20 Yanvar faciәsinin ildönümü ilә bağlı Azәrbaycan xalqına başsağlığı verib

Türkiyәnin Azәrbaycandakı sәfiri Hulusi Kılıç 20 Yanvar faciәsinin ildönümü ilә bağlı Azәrbaycan xalqına başsağlığı verib.

Türkiyənin Azərbaycandakı səfirliyindən çərşənbə axşamı Trend News-a verilən məlumata görə, başsağlığında səfir 20 Yanvar hadisəsini Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixində ən faciəli günlərdən biri, eyni zamanda, qəhrəmanlıq səhifəsi kimi qiymətləndirib və bu faciə ilə bağlı dərin üzüntüsünü bildirib.

“Azərbaycan xalqına qarşı törədilmiş və insan hüquqlarının kobud və kütləvi şəkildə pozulmasına beynəlxalq ictimaiyyət şahid olub. Öz ölkəsinin, xalqının azaldığı uğrunda canlarından keçən, şəhidlik zirvəsinə ucalan mərd vətən övladlarının xatirəsini əziz tutaraq, bu faciə ilə bağlı azərbaycanlı bacı və qardaşlarıma başsağlığı verir, ulu öndər Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” sözləri ilə kədəriizi paylaşıram”, – deyə başsağlığında vurğulanır.

Trend News-un arayışı: 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən, Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başlayıb. Faciə zamanı 132 insan öldürülüb, onlardan 117-si azərbaycanlıdır. 744 adam ağır xəsarət alıb, 4 nəfər itkin düşüb, 400 nəfər həbs edilib. Yanvarın 20-də fövqəladə vəziyyət elan ediləndən sonra daha 21 nəfər qətlə yetirilib. Fövqəladə vəziyyət elan edilməmiş rayonlarda (Neftçala, Lənkəran) 26 nəfər qətlə yetirilib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO