Türkiyə Qəzetçilər Federasiyası PJB-nin təklifinə reaksiya verdi

Türkiyənin Nevşehir bölgəsində keçirilən Türkiyə Qəzetçilər Federasiyasının 29-cu başqanlar konseyinin nəticələrilə bağlı yekun sənəd qəbul edilib. Yekun sənəddə Türkiyənin 75 jurnalist təşkilatının birləşdiyi federasiya Azərbaycan Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlının Qarabağ məsələsi ilə bağlı qaldırdığı məsələni dəstəkləyib.
Modern.az-a göndərilən sənəddə bildirilir ki, Türkiyə Qəzetçilər Federasiyasına üzv olan 4 Azərbaycan jurnalist təşkilatının qatıldığı toplantıda, son dönəmlərdə Türkiyə ilə Ermənistan arasında imzalanan protokol gündəmə gətirilib: “Azəri məsləkdaşlarımızın çıxışlarında baş verən proseslərin xalq üzərində yaratdığı xəyal qırıqlığı və əndişəsi dilə gətirildi. Türkiyə Qəzeteçilər Federasiyasının üzvləri dost və qardaş Azərbaycan xalqını, məsləkdaşlarının yanındadır. Başda Qarabağ olmaqla bütün məsələlərdə və sıxıntıda Azərbaycan xalqının yanında olduğumuzu bir daha təkrar edirik”.
Türkiyə Qəzetçilər Federasiyası bildirib ki, türk mətbuatı 2010-cu ildə Qarabağ məsələsinə xüsusi diqqət verəcək.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO