Türkiyə Prezidenti Abdullah Gülün Azərbaycana rəsmi səfərinə həsr olunan kitab

Türkiyə Prezidenti Abdullah Gülün Azərbaycana rəsmi səfərinə həsr olunan kitabAzərbaycan Respublikası “Kitab” Cəmiyyətinin təşəbbüsü ilə İndiqo nəşriyyatında 100 nüsxə tirajla nəfis tərtibatda, ölçüləri 38×53 millimetr olan miniatür kitab işıq üzü görüb. Yeni nəşr Türkiyə Prezidenti Abdullah Gülün cari ilin avqustun 16-17-də Azərbaycana rəsmi səfərinə həsr olunub. “Kitab” Cəmiyyətinin sədri, Miniatür kitab muzeyinin təsisçisi və yaradıcısı, Əməkdar Mədəniyyət Xadimi, prezident təqaüdçüsü Zərifə Salahova bildirib ki, kitabda Türkiyə Prezidentinin qarşılanma mərasimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə təkbətək görüşü, geniş tərkibdə görüş, mətbuat konfransı, Türkiyə və Azərbaycan prezidentlərinin bəyanatları, Abdullah Gülün Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ilə görüşləri, Təzəpir məscid kompleksində olması müfəssəl əksini tapıb. 232 səhifəlik kitabda 32 rəngli foto, kitabın üz qabığında Azərbaycan və Türkiyə prezidentlərinin qoşa şəkli verilib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO