Türkiyə Jurnalistlər Federasiyasının müraciəti yayıldı

Həbsdəki jurnalist sayı artırsa, o ölkədə mətbuat azadlığından danışmaq mümknü deyil

Jurnalistlərə Azadlıq Platforması 3 may Ümumdünya Mətbuat Azadlığı Günü ilə əlaqədar ismarıc yayımlayıb.

Modern.az Türkiyə mətbuatına istinadən bildirir ki, Jurnalistlərə Azadlıq Platformasınıın dövr başçısı və Türkiyə Jurnalistlər Federasiyasının sədri Atilla Sertelin imzasını daşıyan müraciətdə həbsdəki jurnalist sayının hər keçən il daha da artdığı, özünü senzura və senzuranın virusu kimi yayıldığı bir ölkədə mətbuat və ifadə azadlığından bəhs etmənin mümkün olmadığı vurğulanıb.

Müraciətdə bildirilir: “Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası peşə xidməti zamanı həyatlarını itirən jurnalistlərə hörmət etmək, onların müstəqilliyinə istiqamətlənən hücumlardan medianı qorumaq və dünyanın hər yerindən mətbuat azadlığının əhəmiyyətini vurğulamaq, mətbuat azadlığının əsas prinsiplərini təmin etmək üçün 1991-ci ilin 3 may gününü “Ümumdünya Mətbuat Azadlığı Günü” elan etdi.

Mətbuat azadlığı düşüncə və fikir azadlığına dayanır. Ancaq insanlar fikirlərini ifadə edərkən qorxu hiss edirlərsə, azad xəbər əldə edə bilmirlərsə, həbsdəki jurnalist sayı hər il daha da artırsa, xüsusilə özünüsenzura jurnalistlər arasında virus kimi yayılırsa, o ölkədə mətbuat və ifadə azadlığından danışmaq mümkün deyil.

Keçən il 3 may Ümumdünya Mətbuat Azadlığı Günü həbsxanada saxlanılan jurnalist sayı 60 idi. Bu gün həbsxanada saxlanılan jurnalistlərin sayı 100-ə çatıb. Bu sayda jurnalist həbsi dünyanın heç bir yerində yoxdur.

Türkiyə “Ümumdünya Mətbuat Azadlığı İndeksi”ndə 10 sıra birdən geriliyərək 179 ölkə arasında 148-cı yerdə qərarlaşıb. Sərhədsiz Reportyorlar Birliyinin “2011-2012 Üümumdünya Mətbuat Azadlığı İndeksi”ndə Türkiyə mətbuatı araşdırılan 179 ölkə arasında 148-ci olub. Əvvəlki ildə isə Türkiyə 138-ci yerdə idi. “Freedom House” təşkilatının yayımladığı hesabatda isə Türkiyə 197 ölkə arasında 117-ci olmaqla qismən azad ölkələr sırasında qərarlaşıb. Avropa İttifaqı hədəfinə doğru demokratik ifadələri ilə “tam yolla irəliləyən” ölkəmiz demokratiyanın əsas göstəricisi olan mətbuat və ifadə azadlığı baxımından Niger, Tanzaniya, Keniya, Madaqaskar, Kamboca, Efiopiya, Hindistan, Rusiya, Konqo Respublikası kimi çox sayda ölkələrdən geridə qalıb”.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO