Türkdilli ölkələrin Media təmsilçiləri Ankarada görüşəcəklər

Gələn həftə Türkiyədə Türkdilli Ölkələrin Media Forumu keçiriləcək. SİA-nın xəbərinə görə, Türkiyə Baş Nazirliyi Mətbuat, Yayım və İnformasiya Baş İdarəsindən verilən məlumatda bildirilir ki, forum dekabrın 21-22-ni əhatə edəcək. Tədbirin açılışı dekabrın 21-də, saat 09:30-da “Rixos Grand Ankara” hotelində olacaq.

toplantı baş nazirin müavini Bülənt Arınçın himayəsində, Mətbuat, Yayım və İnformasiya Baş İdarəsi və Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə keçiriləcək.

Forumda Azərbaycanı böyük bir heyət – 22 nəfərdən ibarəd jurnalist təmsil edəcək. Bunlar əsasən media qurumlarının və jurnalist təşkilatlarının rəhbərləridir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO