Türkdilli ölkələr arasında vahid əlifba yaradılacaq

“Türkdilli ölkələr arasında vahid əlifabının tətbiqi ilə bağlı elm adamlarından ibarət xüsusi işçi qrup yaradılıb”. Modern.az xəbər verir ki, bunu Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Ramil Həsənov bu gün keçrilən mətbuat konfransında deyib. O qeyd edib ki, türkdilli ölkələr arasında vahid əlifbanın, dilin, televiziyanın yaradılması məsələsi çox həssas mövzudur və zaman-zaman bu məsələ qaldırılır.
“Ortaq dil deyil, ortaq əlifba ilə bağlı o mövzu gündəmə gəlib və bununla bağlı müzakirələr gedir. Artıq elm adamlarından işçi qrup yaradılıb və yaxın vaxtlarda ortaq əlifbanın yaradılması məsələnin necə və hansı şəkildə olacağı barədə məlumat veriləcək” – deyə R. Həsənov qeyd edib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO