Türkdilli Ölkələrin Parlament Assambleyalarının (Türk PA) Baş Katibliyi jurnalistləri mükafatlandıracaq. Bu barədə Modern.az-a Türk PA-nın Bakıdakı ofisindən məlumat verilib.
Məlumatda bildirilib ki, çərşənbə axşamı günü keçiriləcək mərasimdə Türk PA-dan yazan, bu qurumla bağlı məsələləri gündəmdə saxlayan jurnalistlərə mükafatlar veriləcək.
Tədbir Türk PA-nın Milli Məclisdəki ofisində keçiriləcək.
Türkdilli Ölkələrin Parlament Assambleyası ötən il Bakıda təsis olunub. Təşkilatın baş katib Ramil Həsənov Azərbaycandan, onun müavinləri Türkiyədən və Qazaxıstandandır.
Modern.az