Türk Dünyası QHT-lərinin saytı yaradılacaq

Türk dünyası Qeyri-Hökumət Təşkilatları Forumunun saytının yaradılması nəzərdə tutulur. Bu barədə məlumat Azərbaycan-Türkiyə Qeyri-Hökumət Təşkilatları İşçi Qrupundan daxil olub. Məlumatda bildirilib ki, sayt türkdilli ölkələrin qeyri-hökumət təşkilatlarının Bakı forumuna qədər fəaliyyətə başlayacaq. Saytda məlumatlar ilkin mərhələdə Azərbaycan və ingilis dillərində olacaq. Sonrakı mərhələdə isə informasiyalar rus-dilində də yerləşdiriləcək. Türk dünyası Qeyri-Hökumət Təşkilatları Forumunun saytında ayrı-ayrı türk respublikalarında fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının fəaliyyəti, türkdilli ölkələrin qeyri-hökumət təşkilatlarının Bakı forumunda müzakirə edilən məsələlər və qəbul edilən qərarlar, eləcə də digər məlumatlar öz əksini tapacaq.

OLAYLAR

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO