“Trend”i dağıtdılar

Trend Beynəlxalq Informasiya Agentliyinin saytı şənbə günü hücumuna məruz qalıb.

Cinayətkarlar saytın proqram təminatına zərərli java-kodunu yeridib, nəticədə Google Chrome və Mozilla Firefox brauzerlərinin vasitəsilə agentliyin saytına giriş bloklanırdı. Digər brauzerlərdə sözügedən problem müşahidə olunmayıb.
Agentliyin texniki mütəxəssisləri problemi operativ surətdə aradan qaldırıblar, hazırda saytın istifadəçiləri üçün heç bir təhlükə mövcud deyil.

Hazırda Google axtarış sisteminin statusunun yenilənməsi üzrə bu şirkətin mütəxəssisləri ilə danışıqlar aparılır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO