Trend-in baş direktorunun müavini “Valday” klubunun illik iclasının xüsusi sessiyasında moderator olub

Sentyabrın 30-da Soçi şəhərində “Valday” müzakirə klubunun 16-cı illik iclası öz işinə başlayıb.

Trend-in məlumatına görə, iclasın mövzusu: “Şərqin şəfəqi və dünyanın siyasi quruluşu” olub. İclasın gündəliyinə Şərqin dünyada gedən proseslərə təsiri məsələsi daxildir

Oktyabrın 1-də isə “Valday” klubunun xüsusi iclaslarından birində Trend İnformasiya Agentliyinin baş direktorunun müavini, “Baku Network” Ekspert Şurasının vitse-prezidenti Gülnarə Məmmədzadənin moderatorluğu ilə “Rusiya və İslam dünyası: qarşılıqlı rol və qarşılıqlı təsir” mövzusunda sessiya keçirilib

İclasda spiker rolunda Dağıstan Respublikasının rəhbəri Vladimir Vasilyev və Başqırdıstan Respublikasının başçısı Radiy Xabirov cıxış ediblər.

Bakı, Trend:

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO