Sentyabrın 30-da Soçi şəhərində “Valday” müzakirə klubunun 16-cı illik iclası öz işinə başlayıb.
Trend-in məlumatına görə, iclasın mövzusu: “Şərqin şəfəqi və dünyanın siyasi quruluşu” olub. İclasın gündəliyinə Şərqin dünyada gedən proseslərə təsiri məsələsi daxildir
Oktyabrın 1-də isə “Valday” klubunun xüsusi iclaslarından birində Trend İnformasiya Agentliyinin baş direktorunun müavini, “Baku Network” Ekspert Şurasının vitse-prezidenti Gülnarə Məmmədzadənin moderatorluğu ilə “Rusiya və İslam dünyası: qarşılıqlı rol və qarşılıqlı təsir” mövzusunda sessiya keçirilib
İclasda spiker rolunda Dağıstan Respublikasının rəhbəri Vladimir Vasilyev və Başqırdıstan Respublikasının başçısı Radiy Xabirov cıxış ediblər.
Bakı, Trend: