Prezident İlham Əliyev Təranə Oqtay qızı Məmmədovaya “Əməkdar jurnalist” fəxri adı verilməsi haqqında sərəncam imzalayıb.
Lent.az Prezidentin mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının “Əsgər” qəzetində çoxillik səmərəli fəaliyyətinə görə polkovnik-leytenant Təranə Oqtay qızı Məmmədovaya “Əməkdar jurnalist” fəxri adı verilib.
LENT.AZ