TQDK-da mətbuat konfransı keçirilmişdir

TQDK-da mətbuat konfransı keçirilmişdir Sentyabrın 30-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) mətbuat konfransı keçirilmişdir.
Konfransda TQDK-nın sədri Məleykə Abbaszadə çıxış edərək bildirmişdir ki, III ixtisas qrupuna daxil olan “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisasları 2011-ci ildən II ixtisas qrupuna keçiriləcəkdir. Beləliklə, həmin ixtisaslara qəbul olmaq istəyən abituriyentlər II ixtisas qrupu üzrə imtahan verməlidirlər. 2011-2012-ci tədris ili üçün magistraturaya qəbul imtahanına ərizə qəbulunun və qəbul imtahanının birinci mərhələsinin 2011-ci ilin fevral ayında keçirilməsi nəzərdə tutulmuşdur.
Qeyd olunmuşdur ki, abituriyentlərə qəbul imtahanlarına səmərəli hazırlaşmaqda kömək məqsədi ilə 2011-ci ilin yanvarında Bakı şəhərində, eləcə də respublikanın müxtəlif bölgələrində birinci sınaq imtahanı keçiriləcəkdir. Növbəti sınaq imtahanlarının isə gəlin ilin aprelindən müntəzəm olaraq keçirilməsi nəzərdə tutulmuşdur.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO