“Tovuzun toponim dünyası ” adlı kitab

İyunun 17-də Zirəddin Xasıyevin müəllifi olduğu “Tovuzun toponim dünyası” adlı kitabın təqdimat mərasimi keçirilib.
Atatürk Mərkəzində keçirilən təqdimat mərasimində çıxışı zamanı kitabın elmi redaktoru, professor Qəzənfər Paşayev kitabların xalqın tarixini yaşatdığını bildirib. Kitabın ön sözünün müəllifi, millət vəkili Qənirə Paşayeva təqdimat zamanı bildirib ki, bir millət öz tarixini bilərsə, ayaq üstə dura bilər. Millət vəkili Nizami Cəfərov təqdimat zamanı bildirib ki, kitabda Tovuzun toponimləri çox ardıcıl şəkildə təşkil olunub. Kitabın müəllifi Zirəddin Xasıyev “Tovuzun toponim dünyası” adlı kitabda Azərbaycan xalqının soykökü, təşəkkülü və inkişaf mərhələləri ilə bağlı el-oba adlarında daşlaşaraq qalmış türk etnoslarının mənşəyi və semantikası dəqiqləşdirildiyini və Oğuz yurdu Tovuzdan toplanmış toponimlərin tədqiqata cəlb olunduğunu qeyd edib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO