Tovuzda “Peşəkar zabit, alicənab insan” adlı kitabın təqdimatı olub

Mərasimdə millət vəkili Qənirə Paşayeva da iştirak edib

Noyabrın 8-də Tovuzda “Peşəkar zabit, alicənab insan” adlı kitabın təqdimatı keçirilib. Kitab mərhum polkovnik Eldar Qasımovun həyatından bəhs edir. Lent.az-ın Gəncəbasar müxbirinin verdiyi məlumata görə, yeni işıq üzü görən kitabın təqdimat mərasiminə millət vəkili Qənirə Paşayeva, rayon İcra Hakimiyyəti və ictimaiyyətinin nümayəndələri, kitabın nəşrində əməyi olanlar, qələm ustaları qatılıb.

Tədbirdə çıxış edənlər nəşr barədə məlumat veriblər. Vurğulanıb ki, filologiya elmləri namizədi Şərəf Cəlilinin müəllif, Maqsud Məmmədovun redaktor olduğu kitab polkovnik Eldar Qasımovun 70 illik yubileyi münasibəti ilə işıq üzü görüb. Eldar Qasımov Tovuz rayonunda anadan olub. Əfqanıstan Müharibəsi iştirakçısı olub. Uzun illər Milli Təhlükəsizlik Nazirliyi sistemində müxtəlif vəzifələrdə çalışıb.

LENT.AZ

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO