2009-cu ildə dünyada rekord sayda jurnalist öldürülüb. Modern.az xəbər verir ki, bu barədə Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) 2009-cu illə bağlə hesabatında bildirilib. Jurnalistlər peşə fəaliyyətini yerinə yetirən zaman öldürülüblər. BMİ-nin hesabatına görə, Asiya keçən il ən çox jurnalistin öldürüldüyü qitədir. İl ərzində burada 55 jurnalist həlak olub. Asiyanı 28 jurnalistlə Latın Amerikası izləyir. Daha sonrakı yerləri Afrika (14) və Yaxın Şərq (6) tutur.