Tələbə-jurnalist prezidentə məktub göndərib

Təhsil aldığı Azərbaycan Dövlət Neft Akademiyası (ADNA) haqqında yazdığı tənqidi məqalələrə görə bu ilin yanvarında oradan xaric edilən tələbə-jurnalist Elmin Bədəlov ölkə başçısı İlham Əliyevə məktub göndərib. Bunu Modern.az-a Bədəlov özü bildirib. Jurnalist təhsil aldığı müddətdə davranışı haqda məlumat verib.

Təhsil hüquqlarının pozulması ilə bağlı keçirilən məhkəmələr haqda yazan tələbə-jurnalist Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalara diqqəti çəkib: “Avropa Şurasının İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına 1 saylı əlavə protokolunun 2-ci maddəsi göstərir ki, ADNA-dan xaric olmağım qanunsuzdur. Sizdən xahiş edirəm ki, əlinizdə olan səlahiyyətdən istifadə edərək bu məsələnin öz qanuni həllini tapması üçün lazımi addımları atasınız”.

Məsələyə ADNA rəhbərliyi münasibət bildirmək istəmir. Akademiyanın tədris işləri üzrə prorektor Zaur Əhmədov “mən onun haqqında heç nə demək istəmirəm. Xahiş edirəm, rektorla danışın” deyib.

Qeyd edək ki, E.Bədəlov hazırda “Yeni Müsavat” qəzetinin əməkdaşıdır.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO