“Televiziyada onun bilmədiyi heç nə yoxdur”

Vahid Mustafayevin 43 yaşı tamam olur

Deyirlər ki, əgər insan istedadlıdırsa, o, hər sahədə istedadlıdır. Sözün gerçək anlamında bu fikri bütünlüklə ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevə aid etmək olar. Televiziyada onun bilmədiyi heç nə yoxdur. Kadrları operator kimi özü çəkir, mətni yazır və süjeti də özü montaj edir. ANS-in çox milyonlu auditoriyası Vahidin Liviyadan, Misirdən, Livandan, Çeçenistandan və əlbəttə ki, Dağlıq Qarabağ və başqa qaynar nöqtələrdən hazırladığı reportajları yaxşı tanıyır. Son illərdə o, yüksək peşəkar savaş reportyoruna çevirilib. Harada savaş var, ora özü gedir. Amma heç vaxt belə yerlərə başqalarını getməyə qoymur. “Mən kollektivin hər bir üzvünə görə cavabdehəm – cəbhə isə tədris auditoriyası deyil” – Vahid belə hesab edir.

O, çalışqandır. Evdən qızı hələ şirin yuxuda olarkən çıxır, evə isə adətən qızı artıq yatanda qayıdır. Onun hər günü dəqiqəbədəqiqə planlaşdırılıb. İnformasiya proqramlarının və başqa proqramların qaydaya salınması, yaradıcılıq şurasının iclası, biznes və heç vaxt bitməyən cari işlər. Hələ Xocalı haqqında filmin ssenarisini də yazıb qurtarmaq lazımdır. Vahid Mustafayev bir ssenarist və rejissor kimi bu dəhşətli faciənin 20 illik acı xatirəsi ilə bağlı film çəkməyi planlaşdırır. Həm də getdikcə populyarlaşan “QAN” qrupunun yeni albomunun çəkilişləri gedir. O, burada həm rejissor, həm bəstəkar, həm də mətnlərin müəllifidir.

Deyəndə ki, belə ritmlə işləmək olmaz, sizə çətin olar, özünü yorma, həmişə zarafatla cavab verir: “Məni işsizlik yorur”.

Sabah sentyabrın 4-dür və Vahid Mustafayevin həyatının xoş günüdür. Yaxınları və doğmaları onu ad günü münasibətilə təbrik edəcəklər.

Biz də bu təbriklərə qoşuluruq.

Vahid Mustafayev, sizin cəmi 43 yaşınız tamam olur. Deməli, sizin ən yaxşı, ən böyük və ən əsaslı uğurlarınız qabaqdadır. Biz sizə can sağlığı, bitməyən enerji və əlbəttə ki, uğurlar arzulayırıq.

Qoy, həmişə ədalətinə və rəhminə səmimi qəlblə inandığınız Yaradanın şəfqəti üzərinizdə olsun.

Mətn ANSPressdən götürülüb

Bu təbrikə “Qafqazinfo” da qoşulur

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO