Televiziya və radio tezliklərinə nəzarət gücləndirilir

Efirdə kənar maneələrin və dövlət qeydiyyatından keçmədən istismar olunan tezlik nominallarının aşkarlanması sahəsində işlər aparılır

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi Radiotezliklər üzrə Dövlət Komissiyası tərəfindən müəssisə və təşkilatlara ayrılmış tezlik nominallarından təlimata uyğun olaraq istifadəsinə nəzarəti gücləndirir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Lent.az-a verdiyi məlumata görə, müəssisə və təşkilatlarda radio-elektron vasitələrinə texniki baxışın keçirilməsi haqqında bölgələr üzrə Efirə radio nəzarət məntəqələrinə (ERNM) tapşırıqlar verilib.

Qonşu dövlətlər tərəfindən yayımlanan televiziya kanallarına və radio dalğalarına nəzarətin gücləndirilməsi üçün tədbirlər görülüb və hər bir məntəqəyə göstərişlər verilib. Efirdə kənar maneələrin və dövlət qeydiyyatından keçmədən istismar olunan tezlik nominallarının aşkarlanması sahəsində işlər aparılır.

LENT.AZ

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO