Televiziya kanalları Yeni ilə necə hazırlaşır?

Həmişə olduğu kimi, bu il də Yeni il bayramı ilə bağlı TV-lərdə xüsusi buraxılışlar olacaq. Artıq televiziya kanallarında çəkilişləri başlayıb.

AzTV telekanalının mətbuat xidmətinin rəhbəri Xatirə Qasım Modern.az-a bildirib ki, bayram proqramlarının çəkilişləri davam edir: “İllər qovuşanda” adlı proqram çəkilir, 2012-ci ilin yola salınması və 2013-cü ilin qarşılanmasına həsr olunmuş bir proqramdır. Veriliş dekabrın 31-də nümayiş olunacaq. Proqram Yeni il əhval-ruhiyyəsində olacaq və ilin yekunlarına həsr olunacaq”.

“Xəzər” TV-nin xarici xəbərlər şöbəsinin müdiri Aqşin Kamal qeyd edib ki, Həmrəylik günü və Yeni illə bağlı film və əyləncəli bir proqram olacaq. “Film formatında əyləncəli bir buraxılış olacaq. Adı deyə bilmərəm, çünki hələ dəqiq deyil, amma hazırda filmin çəkilişləri gedir. Amma Yeni illə bağlı xüsusi bayram buraxılışı olamayacaq”.

“Azad Azərbaycan” telekanalının xəbərlər redaksiyasının baş redaktoru Vaqif Aydınoğlu: “Yeni illə bağlı geniş bir bayram proqramımız olacaq. Hazırda çəkilişlər gedir. Böyük bir heyət ayrılıb, artıq bir həftədən çoxdur ki ordadırlar. Bundan başqa, digər verilişlərin də sürpriz bayram buraxılışları olacaq”.

ANS-in ictimai əlaqələr üzrə müşaviri Mais Məmmədov Yeni illə bağlı çəkilişlərin artıq başladığını desə də, ətraflı məlumat vermək istəməyib: “Yeni illə bağlı çəkilişlər başlanıb. Amma bu barədə sabah ANSpress-də məlumat olacaq, ona görə də mən əvvəlcədən heç nə demək istəmirəm“.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO