“Yeni Nəsil” Jurnalistlər Birliyi Böyük Britaniyanın Media Müxtəlifliyi İnstitutu ilə birlikdə televiziya jurnalistləri üçün 10 günlük treninq kursu təşkil edir. Treninqin məqsədi diffamasiya, nifrət yayan çıxışlara dair məsələlərin beynəlxalq standartlara və peşə etikası kodekslərinə uyğun olaraq tənzimlənməsi; özünü ifadə azadlığına xələl gətirmədən insanların şərəf və ləyaqətinin, işgüzar nüfuzunun qorunması istiqamətində jurnalist bacarıqlarının inkişafıdır. Treninq mayın 6-dan 15-dək Bakıda keçiriləcək. İki günlük intensiv məşğələlərdən sonra iştirakçılar qruplara bölünərək 20 dəqiqəlik televiziya proqramları hazırlayacaqlar. Treninqdə iştirak etmək istəyən və televiziyada azı 3 il əmək stajı olan KİV əməkdaşlarına aprelin 28-dək “Yeni Nəsil” Jurnalist Birliyinə, yaxud Azərbaycan Media Mərkəzinə müraciət etmək və xüsusi ərizə formasını doldurmaq təklif olunur. İngilis dilini bilmək mütləq şərt deyil. Treninqdə iştirakla bağlı bütün xərclər (gündəlik məsrəflər, bölgələrdən gələn jurnalistlərin yol və mehmanxana xərcləri də daxil olmaqla) təşkilatçılar tərəfindən ödənilir.