“Teleradio” İstehsalat Birliyi beynəlxalq televiziya kanalının təşkili çərçivəsində tender keçirir

“Teleradio” İstehsalat Birliyi beynəlxalq televiziya kanalının təşkili çərçivəsində tender keçirir Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Teleradio» İstehsalat Birliyi beynəlxalq televiziya kanalının təşkili üçün peyk seqmentinin icarəyə verilməsi, Bakı-Ələt-Şirvan-Biləsuvar-Cəlilabad-Lənkəran-Lerik intervallannda RRX avadanlıqlarının rekonstruksiyası və 3 ədəd rəqəmli TV vericinin alınıb quraşdırılmasına dair açıq tender elan edib.

Tender Komissiyasından «APA-ECONOMICS»ə verilən məlumata görə, tender 3 lot üzrə keçirilir. Belə ki, I lot peyk seqmentinin icarəyə verilməsi, II lot Bakı-Ələt-Şirvan-Biləsuvar-Cəlilabad-Lənkəran-Lerik intervallarında RRX avadanlıqlarının rekonstruksiyası, III lot isə 3 ədəd rəqəmli TV vericinin alınıb quraşdırılmasından ibarətdir.

Tenderdə iştirak etmək istəyənlər 1 000 manat məbləğində iştirak haqqı ödəməlidir. İddiaçılar sənədlərini cari ilin iyunun 1-dək, tender təkliflərini isə iyunun 10-dək təqdim etməlidirlər.

Qeyd edək ki, təkliflər zərflərinin açılma proseduru iyunun 11-də keçiriləcək.

Əlaqə telefonu: (+994 12) 498-80-65; 498-77-80.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO