Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Teleradio» İstehsalat Birliyi beynəlxalq televiziya kanalının təşkili üçün peyk seqmentinin icarəyə verilməsi, Bakı-Ələt-Şirvan-Biləsuvar-Cəlilabad-Lənkəran-Lerik intervallannda RRX avadanlıqlarının rekonstruksiyası və 3 ədəd rəqəmli TV vericinin alınıb quraşdırılmasına dair açıq tender elan edib.
Tender Komissiyasından «APA-ECONOMICS»ə verilən məlumata görə, tender 3 lot üzrə keçirilir. Belə ki, I lot peyk seqmentinin icarəyə verilməsi, II lot Bakı-Ələt-Şirvan-Biləsuvar-Cəlilabad-Lənkəran-Lerik intervallarında RRX avadanlıqlarının rekonstruksiyası, III lot isə 3 ədəd rəqəmli TV vericinin alınıb quraşdırılmasından ibarətdir.
Tenderdə iştirak etmək istəyənlər 1 000 manat məbləğində iştirak haqqı ödəməlidir. İddiaçılar sənədlərini cari ilin iyunun 1-dək, tender təkliflərini isə iyunun 10-dək təqdim etməlidirlər.
Qeyd edək ki, təkliflər zərflərinin açılma proseduru iyunun 11-də keçiriləcək.
Əlaqə telefonu: (+994 12) 498-80-65; 498-77-80.