Azərbaycan Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin (Teleradio İstehsalat Birliyi) üç vəzifəli əməkdaşı həbs edilib.
Məlumata görə, birliyin şöbə müdiri Sahibəli Əliyev və həmin şöbənin daha iki əməkdaşı – Məhəbbət İbadova və Şəlalə İbrahimova Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən saxlanılıblar. Adıçəkilən şəxslər tutduqları vəzifədən sui-istifadə edərək 620 min manat pul vəsaiti mənimsəməkdə təqsirli bilinirlər (APA). Hər üç şəxs barəsində başlanan cinayət işi üzrə toplanmış cinayət materialları yekunlaşaraq baxılması üçün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə göndərilib.
Məhkəmədən verilən məlumata görə, cinayət işi baxılması üçün hakim Eynulla Vəliyevin icraatına verilib.