“Telekanallarda elə biabırçı verilişlər verirlər ki, dəhşətə gəlirsən”

Tanınmış şoumen, telekanallarda gerçəkləşən bir sıra uğurlu layihələrin müəllifi və aparıcısı, “Bakılı oğlanlar” ŞHK-nin eks-üzvü Murad Dadaşov Azərbaycan telekanallarını yarızarafat-yarıgerçək necə deyərlər, “yıxıb-sürüyüb”.
Modern.az saytının məlumatına görə, “Tibb qəzeti”nə müsahibə verən M.Dadaşov telekanallar barəsə bunları söyləyib:

“Televiziyamız öz tamaşaçılarını itirib. Artıq demək olar ki,. Biz bu barədə lazımi dairələrdə məsələ qaldırımışıq. Yəqin ki, ümummulli miqyasda xəbər yaymaq istəsək, biz bunu Türkiyə telekanallarından birində efirə gedən “ Möhtəşəm yüz il” serialının reklam fasiləsində etməli olarıq Əslində, bu, çox böyük və ciddi problemdir.

Bəzən efirə elə biabırçı verilişlər verirlər ki, dəhşətə gəlirsən. Adını da qoyurlar ki, zamanın tələbidir. Mən inanmıram ki, zaman bunları tələb edir. Biz öz tamaşaçılarımızı hələ də tanımırıq.

Efirlər ancaq toydan danışır və toylarda pul qazanan müğənniləri göstərir, gənclərdə ancaq bu sahəyə maraq oyadır, həvəsləndirir. Maarifləndirici proqramlar yoxdur”.

İndiki fəaliyyətindən danışan M.Dadaşov bildirib ki, hazırda digər layihələri kimi Azərbaycan teleməkanında xüsusi yer tutacaq böyük bir serialın prodüseridir.

“Ölkəmizdə çəkiləcək bu serial üçün yüksək səviyyəli ssenari yazmışıq. Seriala həm çox gözəl, tanınmış, həm də yeni tanınmayan aktyorları dəvət etmişik. Hələlik kommersiya sirri olduğu üçün bu haqda geniş məlumat vermirəm. Amma inandırıram ki, çox maraqlı ailə dramı olan bu serial Azərbaycanın ictimai həyatına güclü təsir edəcək. Serial Novruz bayramından sonra efir üçü görəcək”.

21 yaşında ailə quran və hazırda üç oğlan atası olan M.Dadaşovun sözlərinə görə, həddən artıq köklük onu pəhriz saxlamağa məcbur edur:

“…Çəkimlə bağlı problemim var. Bu da əslində mənim üçün yox, doğmalarım, xüsusilə anam üçün ciddi problemdir. Anam gecə-gündüz bu haqda fikirləşir…
… Əslində arıqlamağa çalışıram, amma son vaxtlar bu alınmır… 3-4 ildən artıqdır ki, çörək yemirəm. Makaronu, yağlı yeməkləri isə ümumiyyətlə sevmirəm. Yeganə zəif yerim şirniyyatdır. Qaynadılmış, qatılaşdırılmış süd üçün isə ürəyim gedir…
… Mən siqaret çəkmirəm, Siqaret çəkməyi böyük qəbahət sayıram. İçkini isə hərdən içirəm. İçkiyə meyilli insan deyiləm, çox içə bilmirəm. Mənim əsas problemim hərəkətsizlikdir…”.

Özünü müəyyən qədər tənbəl insan hesab edən M.Dadaşovun sözlərinə görə, işləməyi xoşlamır:
“Sadəcə yaradıcı insanam, üzərimə götürdüyüm hər bir işi məsuliyyətlə və layiqincə. Gecə-gündüz istirahət etmədən, çalışaraq yerinə yetirirəm, sonra isə bir müddət istirahət etmək istəyirəm”

“Sizi daha çox nə narahat edir” sualına şoumen “uşaq səs-küyü və uşaq ağlamağı. Uşaq ağlamağı məni dəli edir” deyə cavab verib.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO