TehrandaXVI Beynəlxalq Mətbuat və Xəbər Agentlikləri Festivalı və Sərgisi keçirilib

XVI Beynəlxalq Mətbuat və Xəbər Agentlikləri Festivalı və Sərgisi çərçivəsində tədbirdə iştirak edən mətbuat qurumlarının rəhbərləri arasında fikir mübadiləsi olub.

APA-nın tədbirdə iştirak edən əməkdaşının məlumatına görə, İranın Mədəniyyət və İrşad Nazirliyinin Daxili və Xarici Mətbuat İdarəsinin rəisi Məhəmməd Mənsur Kuşeş bildirib ki, bu cür tədbirlərin keçirilməsi ilə İranın və xarici ölkələrin media qurumları arasında əlaqələrin əsası qoyulur. O, bunun, həmçinin əcnəbi mətbuat orqanlarının da öz aralarında münasibətlər qurmasına imkan yaratdığını söyləyib. İdarə rəisi bunun bir başlanğıc olduğunu, silsilə tədbirlərlə əməkdaşlığın güclənməsinə imkan verəcək addımlar atılmasının vacibliyini vurğulayıb.

Festival-sərginin hədəflərindən danışan Kuşeş əsas hədəfin həm regional, həm də beynəlxalq mətbuat qurumları arasında əlaqələrin yaranması, qarşılıqlı əməkdaşlıq, habelə mübadilə formasında münasibətlərin qurulması olduğunu bildirib.

İdarə rəisi bölgədə media orqanlarının ortaq fəaliyyətini tənzimləmək və əməkdaşlıq əlaqələrini gücləndirmək məqsədi ilə təsisat yaradılmasının və bu təsisat çərçivəsində istər regional , istərsə də beynəlxalq səviyyədə medianın bir-birini tanıması, mübadilə münasibətlərinin qurulmasının məqsədə müvafiq olduğunu vurğulayıb.

Sonra yerli və xarici mətbuat təmsilçiləri arasında fikir mübadiləsi olub.

APA

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO