Vicdan Azadlığı termini
Müasir rus dilində «Vicdan azadlığı» termini Təbii Qanunun mənasını, bir o qədər də adekvat izah etmir. İngilis dilində «Vicdan azadlığı» «liberty of conscience» kimi, yəni Allahın və Daimi qanunun dərk edilməsi azadlığı kimi səslənir.
Fasmerin etimologiya lüğətinə əsasən «vicdan» sözü «xəbərdar olmaq» sözü ilə eynidir, yəni «xəbər», bilik. Vicdan azadlığı, Daimi Qanunu dərk etmək üçün insana anadangəlmə verilən təbii hüquqdur.
Reformasiya
1517-ci ildə Martin Lyuterin Almaniyada çıxışı Reformasiyanın bünörəsini qoydu. Reformasiya ideoloqları, iyerarxiya və ruhaniləri ilə birlikdə katolik kilsəsinin zəruriliyini faktiki olaraq inkar edən tezislər irəli sürdülər. Daimi qanun və Təbii qanun insan tərəfindən yazılmadıqları üçün Daimi qanunun dərk edilməsi üçün Kilsə və ya keşiş kimi vasitəçi lazım deyil.
Hüquqlar haqqında Bill
1689-cu il Hüquqlar haqqında Bill Foma Akvinskinin insanın təbii hüquqları və insanlıq qanunlarının bölgüsü haqqında ideyalarının davamı oldu. Bill şəxsiyyətin bu hüquqlarını tanıyırdı: şəxsi mövqe və əqidəyə malik olma; ətrafdakıların məsləhətlərinə baxmayaraq, öz əqidəsinə sadiq qalmaq və s.
İnsan və vətəndaş hüquqları Deklarasiyası
Fransada vicdan azadlığı prinsipi ilk dəfə İnsan və vətəndaş hüquqları Deklarasiyasının (1789-cu il)10-cu maddəsi ilə elan edilmişdir və burada söhbət, «açıqlanması ictimai sabitliyə təhlükəli olmamaq şərti ilə heç kim öz əqidəsinə, hətta dini əqidəsinə görə təqib edilə bilməz». Konstitusiyada «dini sitayiş azadlığı» elan edilmişdir (sentyabr 1791-ci il). 1804-cü il Fransa Mülki Kodeksi – Napoleonun kodeksi, ümumiyyətlə dini məsələlərə toxunmamış və beləliklə dövlətin, öz fundamental əsasları ilə kübar dövlət olduğunu nümayiş etdirmişdir.
1776-cı il ABŞ-ın müstəqillik Deklarasiyası
1689-cu il Hüquqlar haqqında Bill, aşağıdı göstərilənləri elan edən 1776-cı il Virciniya hüquq Deklarasiyasının əsası olmuşdur: «Bütün insanlar təbiətən eyni dərəcədə azad və müstəqildirlər və anadangəlmə müəyyən hüquqlara malikdirlər və onlar, cəmiyyətin bir üzvü olaraq, özlərini və gələcək nəsillərini heç bir saziş ilə də, yəni mülkiyyətin alınması və sahibkarlığı ilə həyat və azadlıq hüququ, xoşbəxtliyə və təhlükəsizliyə can atmaq və onları əldə etmək hüququ ilə bu hüquqlardan məhrum edə bilməzlər».
Virciniya hüquqları Deklarasiyasının ideyaları 1776-ci il ABŞ-ın müstəqilliyi Deklarasiyası ilə inkişaf etdirilmişdir: «Biz o həqiqətləri bəlli hesab edirik ki, onlar bərabər hüquqlu yaradılmış və onlara Allah tərəfindən müəyyən ayrılmaz hüquqlar verilmişdir ki, bunlara, həyat, azadlıq, xoşbəxtliyə hüquqları aiddir, bu hüquqların təminatı üçün insanlar arasında, öz səmərəli səlahiyyətlərini idarə olunanların razılığı ilə əldə edən dövlətlər yaradılır».
Yəni insan, öz təbii hüquqları ilə birinci yerdə, vətəndaşın təbii hüquqlarını yerinə yetirilməsini təmin edən dövlət isə ikinci yerdədir.
1787-ci il ABŞ Konstitusiyasında ayrılmaz hüquqlar əksini tapmamışdı, çünki onun müəssisləri hesab edirdilər ki, insana təbii olaraq məxsus olan hüquqların Əsas Qanunun mətnində təsdiqə ehtiyacları yoxdur. Onların sadalanması hüquq və azadlıqların müfəssəl siyahısı kimi qəbul edilə bilərdi və bu da siyahıya düşməyən hüquqların məhdudlaşdırılmasına gətirə bilərdi. Konstitusiyada federativ müəyyən edilmiş hüquq və azadlıqların olmaması bu sənədin tənqidinə səbəb oldu. Yenidən seçilmiş ABŞ Konqresinə 1789-cu ildə, siyasi və fərdi hüquqlar haqqında müddəalar daxil olan əlavə düzəlişlərin layihələri təklif olundu. Konstitusiyaya Hüquqlar haqqında federativ Billi təşkil edən ilk on düzəliş 1791-ci ilin sonunda təsdiq edildi. Dini azadlıq, söz və mətbuat azadlığı, xalqın dinc toplanma və ərizələrlə hökumətə müraciət, şəxsiyyətin, mülkiyyətin, yazmaq və əmlak toxunulmazlığı və başqa hüquqlar haqqında düzəlişlər qəbul edildi.
İnsan hüquqları ümumi deklarasiyası
İnsan hüquqları ümumi deklarasiyası, insanın ən təbii hüquqlarını müəyyən edərək, 10 dekabr 1948-ci ildə BMT-nin Baş Məclisinin üçüncü sessiyasında 217 A (III) qətnaməsi ilə qəbul edildi.
18-ci maddədə deyilir:
«Hər bir insan fikir, vicdan və dini etiqad azadlığına malikdir; bu hüquq, dinin və ya əqidənin dəyişdirilməsi azadlığı, öz dininə və ya əqidəsinə həm təkbaşına, həm də başqaları ilə birlikdə etiqad etmək azadlığı, təhsildə, ibadətdə və dini və ritual mərasimlərin kütləvi və ya fərdi yerinə yetirilməsi azadlığını nəzərdə tutur».
Müasirlik
Fransada dövlət tərəfindən dinlərin heç birinin qəbul edilməməsi prinsipi qüvvədədir. Vicdan azadlığı «daxili əqidə» hüququnun tanınmasından başlayır: heç kimi öz dini və ya fəlsəfi əqidəsini açıqlamağa məcbur etmək olmaz. Məsələn, əhalinin siyahıya alınması zamanı dini mənsubiyyət haqqında xatırlatma qadağandır.
Vicdan azadlığı, ateizm azadlığını, eləcə də etinadsızlığın, müxtəlif dinlərin qarışmasının mümkünlüyünü, köhnə və tanınmış yeni dinlərin qəbulunu nəzərdə tutur. Lakin əgər, bir tərəfdən heç kimi dini baxışlarını açıqlamağa məcbur etmək olmazsa, digər tərəfdən bunu könüllü etməyi də heç kimə qadağan etmirlər. Eyni zamanda qanun, dövlət məmurlarını müdafiə edir: bütün inzibati sənədlərdə onların dini və ya fəlsəfi əqidələri haqqında qeydlər qadağandır.
Fransa hüququ bütün kultları – müasir və eləcə də gələcəkdə yaranacaq kultları hüquq bərabərliyi səviyyəsinə qoyur.
Rusiyada…
Kilsənin dövlətdən ayrılması
Vicdan azadlığı, yalnız Kilsənin dövlətdən ayrılması zamanı mümkündür. Məsələn, şəriət özündə bütün normaları, həm hüquq, həm də dini normaları birləşdirir. Beləki, məsələn, 2006-cı ildə Əfqanıstanın şəriət məhkəməsi dinini dəyişmiş müsəlmanı ölüm cəzasına məhkum etmişdir.
Kilsənin dövlətdən ayrılması, 1918-ci ildə Rusiyada, 1905-ci ildə Fransada, 1853-cü ildə Kolumbiyada, 1787-ci ildə ABŞ-da baş vermişdir.