Tanınmış telejurnalist Eldəniz Vəliyev haradadır?

Uzun illər ANS telekanalında aparıcılıq edən tanınmış jurnalist Eldəniz Vəliyev son zamanlar mediada görünmür. Modern.az saytının araşdırmaları zamanı məlum oldu ki, jurnalist media sahəsindən tamamilə uzaqlaşıb. Onun nə ilə məşğul olduğunu da araşdırmağa çalışdıq. Məlum oldu keçmiş jurnalist biznes sahəsində çalışır.
Modern.az E.Vəliyevin özü ilə əlaqə saxlayaraq onun yenidən mətbuata qayıdıb-qayıtmayacağı ilə maraqlanıb. Əməkdaşımıza cavabında o, “çox təssüf ki, mən bu sualları cavablandırmayacağam” deyib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO