Tanınmış jurnalist: “Televiziya müxbirləri jurnaist deyil, bürokratlardır “

Rusiyanın ən tanınmış jurnalistlərindən biri -Leonid Parfyonov ölkədə televiziyanın keyfiyyətini sərt tənqid edib. Leonid Parfyonov deyib ki, Rusiya televiziyasındakı xəbər bülletenləri hakim dairələrin PR-dır.

Əməyinə görə mükafat alandan sonra çıxış edən Parfyonov bildirib ki, Rusiyanın televiziya müxbirləri artıq jurnaist deyil, dövlətə xidmət edən bürokratlardır.

O deyib ki, Rusiya əhalisinin hökumətə tənqidi yanaşan dörddə birinin mövqeyi qulaq ardına vurulur.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO