Tanınmış jurnalist qətlə yetirilib

Bolqarıstanda ölkənin cinayətkar bossları barədə kitab yazmış radioaparıcı və jurnalist Boris Tsankov qətlə yetirilib. Modern.az-ın “İnterfaks”a istinadən verdiyi məlumata əsasən, ölkədə “Bobi” adı ilə tanınan Tsankov əsasən jurnalist araşdırmaları ilə məşğul olub. Bolqarıstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə Sofiyada baş verib. Jurnalisti müşayiət etmiş 2 nəfər də yaralı halda hospitala götürülüb. Cinayətkar hadisə yerindən qaça bilib. İki il əvvəl mütəşəkkil cinayətkarlıqdan yazan daha bir bolqar jurnalist Georgi Stoev də qətlə yetirilib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO