Tanınmış jurnalist İbrahim Bayanduroğlu vəfat edib

“Media forum” saytı xəbər verir ki, tanınmış jurnalist İbrahim Bayandurlu martın 16-da vəfat edib.
Jurnalistin ölümünün səbəbləri barədə hələlik dəqiq məlumat yoxdur.
Vaxtilə “Zerkalo“ qəzetinin şərhçisi olmuş İbrahim Bayandurlu Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə – Qarabağ müharibəsində də iştirak etmiş, ağır yaralanmışdı.
O, son zamanlar “Azadlıq” radiosunun Azərbaycan redaksiyasının rus bölməsi ilə əməkdaşlıq edirdi.

Allah rəhmət eləsin!

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO