Azərbaycanın tanınmış jurnalisti barədə cinayət işi başlanıb. Bu barədə APA-ya Nərimanov Rayon Polis İdarəsindən məlumat verilib. Məlumata görə, jurnalist İlham Xudiyev CM-in 179.3-cü (mənimsəmə və ya israf etmə) maddəsi ilə təqsirli bilinir. Məsuliyyətdən yayındığı üçün Xudiyev barədə axtarış elan edilib. Hazırda onun tutulması istiqamətində axtarış tədbirləri davam etdirilir.
İ.Xudiyev 1987-ci ildən jurnalist fəaliyyəti ilə məşğuldur. 1991-98-ci illərdə Müdafiə Nazirliyində hərbi jurnalist kimi çalışıb. O, 2008-ci ildən fəaliyyət göstərən “Ailə və sağlamlıq” jurnalının baş redaktorudur. “Xankəndi – İlham Xudiyevin təqdimatında” saytının rəhbəridir. “Səhər”, “Qarabağ”, “Azərbaycan ordusu” qəzetlərində, “Yanğınla mübarizə” jurnalında çalışıb.
Xəbər xidməti