Tanınmış azərbaycanlı şairənin adına park salınır

Milli.Az xəbər verir ki, bu barədə Day.Az-a Gəncə Şəhər İcra Hakimiyyətindən bildiriblər. Park şəhərin Nizami rayonu ərazisindəki Əttarlar küçəsində salınacaq. Hazırda həmin yerdə ictimai mərkəz tikilir. Burada Məhsəti Gəncəvinin muzeyi, kitabxana və digər ictimai obyektlər yerləşəcək. Parkda şairənin heykəli də qurulacaq.

İşlər hələ başlamasa da, İH-dən bildiriblər ki, park 2013-cü ilin sonuna qədər istifadəyə veriləcək.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO