Söz və ifadə azadlığını müdafiə komitəsi strukturlaşır

Yanvarın 22-də Söz və İfadə Azadlığını Müdafiə Komitəsinin toplantısı keçirilib. Toplantıda qurumun bir neçə struktura bölünməsi qərara alınıb. “Media forum” saytının məlumatına görə, komitənin sədr, idarə heyəti, əlaqələndiricilər və katiblikdən ibarət olması, qərarların konsensusla qəbulu razılaşdırılıb.

Komitə tərkibində işçi qrup yaradılıb. Qrupa jurnalistlər Şahvələd Çobanoğlu, Mehman Əliyev, Emin Hüseynli, hüquq müdafiəçiləri İlqar İbrahimoğlu, Rəşid Hacılı, Arzu Abdullayeva, deputat Pənah Hüseyn daxildir.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO