“Səyyar Kitabxanaçı ” layihəsi

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq “Səyyar Kitabxanaçı” layihəsinə start verir. “Səyyar Kitabxanaçı” layihəsinin əsas məqsədi əhaliyə səyyar kitabxana xidmətini göstərməklə əhalinin kitabxanaya, mütaliəyə olan marağı və oxucuların fəallığını artırmaqdır. Dörd ay ərzində eksperimental şəkildə həyata keçiriləcək “Səyyar Kitabxanaçı” layihəsi əsasən kitabxanalara getmək iqtidarında olmayan oxucu kütləsi üçün nəzərdə tutulub. Belə ki, 1 sentyabr 2010-cu il tarixindən etibarən sağlamlığı və digər səbəblərdən kitabxanaya gedə bilməyən sakinlər yaşadıqları ərazidəki kitabxanaya şəhər telefonu vasitəsi ilə müraciət edib arzuladıqları ədəbiyyatı sifariş edə bilər.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO