İsveçə səfər edəcək jurnalistlərin adları açıqlandı

İsveçə səfər edəcək jurnalistlərin adları açıqlandı Sentyabrın 15-də Azərbaycan Media Mərkəzi İsveçə səfər edəcək 7 jurnalistin adını açıqlayıb. Onlar mərkəzin iyulda elan etdiyi jurnalist müsabiqəsinin qalibləridir. Yazı qəbulunun avqustun 29-də başa çatdığı müsabiqədə jurnalistlərə bu mövzular təklif olunmuşdu: seçki kampaniyası dönəmində KİV-də hansı “qara piar” üsulları ilə rastlaşmaq olar; seçki kampaniyası dönəmində yeni medianın açdığı imkanlardan necə yararlanmaq olar; jurnalistlər seçki dönəmində işlədilən siyasi texnologiyalardan necə duyuq düşməlidir.

Qaliblər oktyabr ayında İsveçə səfər edərək parlament seçkisindən sonrakı durumu işıqlandıracaqlar. Bu ölkədə parlament seçkisi sentyabrın 19-na təyin edilib. Paytaxt Stokholma səfər zamanı azərbaycanlı jurnalistlər deputatlarla, media təmsilçiləri ilə görüşəcək, seçkinin işıqlandırılması qaydaları barədə təlimlər keçəcəklər.

“Media forum” saytı qalib jurnalistləri təqdim edir:

Fərəh Sabirqızı – müstəqil jurnalist

Aytən Məmmədova – “Azadlıq” qəzeti

Anar Hüseynov – Prezident Yanında Strateji Araşdırmalar Mərkəzinin mətbuat katibi

Leyla Əmirova – “Azerbaydjanskie izvestiya” qəzeti

Samirə Həsənli – www.var.az saytı

İdrak Abbasov – RATİ, “Ayna” qəzeti

Kamal Əli – “RİA Novosti” İnformasiya Agentliyi.

“Media forum”

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO