Sumqayıtda “Onlayn media və onun özəllikləri” mövzusunda seminar keçirilib

“Sumqayıt Gənclərinin Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək Şəbəkəsi” İctimai Birliyi (İB) həyata keçirdiyi Multimedia İnformasiya Texnlogiyaları (MİS) layihəsi çərçivəsində Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi ilə birgə “Onlayn media və onun özəllikləri” mövzusunda seminar keçirib.

İB-dən SalamNews-a verilən məlumata görə, Sumqayıt İnsan Hüquqlarının Tədrisi üzrə Təlim və Resurs Mərkəzində baş tutan seminarda Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin gənclərlə iş şöbəsinin müdiri Rüstəm Sadıqzadə və fəal gənclər iştirak edib. Kultaz.com- Azərbaycan Mədəniyyət Portalının baş redaktoru Zahir Əzəmət tərəfindən keçirilən seminarda onlayn media anlayışını yaranmasının inkişaf tarixinə nəzər salınıb.

Seminarda Azərbaycanda onlayn medianın tarixinə qısa baxış, onlayn medianın özəllikləri və digər medialardan üstün tərəfləri, onlayn medianın yenilikləri və onlayn medianın menecmenti barədə iştirakçılara məlumat verilib. Seminar qarşılıqlı sual-cavab şəraitində başa çatən.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO