Sumqayıt Şəhər Uşaq Kitabxanasının veb-saytı

Sumqayıt Şəhər Uşaq Kitabxanasının veb-saytı“Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədi ilə Sumqayıt Şəhər Uşaq Kitabxanasının veb-saytı (http://www.sum-child.az) yaradılıb. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Sumqayıt Şəhər Uşaq Kitabxanasının saytında kitabxana haqqında məlumat, onun fondunda olan yeni və maraqlı kitabların elektron variantı oxuculara təqdim edilib. Veb-saytda ilk dəfə olaraq oxucuların kitabxana haqqında fikirləri, hər il keçirilən ənənəvi kitab bayramı haqqında məlumat verilib. Uşaq kitabxanasının saytında, eyni zamanda, gənclər şəhəri Sumqayıt haqqında ətraflı informasiya yer alıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO