“Əl-Qaidə” terror şəbəkəsinin lideri Üsamə bin Laden hələ 2007-ci ilin dekabrında ölüb. Milli.Az xəbər verir ki bu haqda Səudiyyə Ərəibistanının “Al Watan” qəzeti yazıb.
Qəzet yazır ki o zaman “1 nömrəli terrorçu” Əfqanıstan dağlarında gizlənirmiş və o öz əcəli ilə – böyrək çatışmazlığından dünyasını dəyişib. “Bin Laden 2004-cü ildən 1 böyrəklə yaşayırdı” – deyə məlumatda bildirilir.
Qəzetə bu haqda məlumat verən mənbə onu da qeyd edib ki “Əl-Qaidə” liderinin ölümü haqda ABŞ-da da xəbərdardırlar. “Lakin bunu gizlədirlər. Hətta bütün bu dövr ərzində amerikalılar regiondakı məqsədlərinə çatmaq üçün zaman-zaman Bin Ladenin görüntüsünün əks olunduğu saxta videomüraciətlər də yayırlar” – deyə mənbə bildirib.